Lənkəran şəhərində yaşayış küçəsində yol kənarları otlardan təmizlənib, lakin xəndəklərdə kol-koslar hələ də qalıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Cenublu.az xəbər verir.
Söhbət şəhərin Molla Baba Axund küçəsindən gedir. Qarşıdan gələn qış mövsümü ilə əlaqədar Lənkəranda yağıntılar çox olacaq. Xəndəklərin dolu olması isə su axınına problem yaradacaq.
Sakinlər tutulmuş xəndəklərdəki suyun küçəyə axmasından narahatdırlar.