Lənkəranda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yaşıl Planet Uşaq Festivalı” keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
Festival 1-3 iyun tarixlərində saat 10:00-dan 19:00-a kimi “Dosa Mall” ticarət mərkəzində keçiriləcək. Tədbirdə uşaqlar üçün müxtəlif mövzularda master-klaslar, musiqi nömrələri, feysart, əyləncəli şoular, hədiyyəli oyunlar, kitab sərgisi nümayiş olunacaq.