FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Cenublu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.