Lənkəranda hosteldə ölü tapılan şəxsin kimliyi məlum olub.
Qafqazinfo.az xəbər verir ki, həmin şəxs ukraynalı turist Aleksandr Salovdur. 1964-cü il təvəllüdlü A.Salovun meyiti üzərində zorakılıq əlaməti aşkar edilməyib. O, Azərbaycana martın 1-də səfər edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.