Lənkəranda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində "Təbiəti Qoruyaq" adlı konfrans keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Tədbir Lənkəran Mərkəzi Kitabxanasının və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Konfransda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü haqqında geniş məlumat verilib. Daha sonra iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb. Yekunda ağacəkmə aksiyası keçirilib və xatirə şəkli çəkdirilib.