Lənkəranda yük maşını sürücünün üstünə aşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində Report.az-a istinadən verir.
Rayonun Qurumba kəndində 40 yaşlı Sucəddin Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.
Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müxtəlif bədən xəsarətləri alan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.