Lənkəranda Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə “Xəyallarımın rəngləri” adlı rəsm sərgisi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Q.Vəliyev adına şəhər Mədəniyyət Mərkəzində Şöhrətdin Səbziyevin fərdi yaradıcılıq sərgisi təşkil olunub. Tədbirdə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və aparatı, ziyalılar, mədəniyyət, təhsil işçiləri, həmçinin ictimai fəallar iştirak ediblər.
Sərgi Regional Mədəniyyət İdarəsinin dəstəyi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin və Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin təşkilatçılığı ilə baş tutub.