Lənkəran rayonunun Separadi kəndində yerləşən "Lenk-Fruit" MMC-yə sitrus meyvələrinin yetişdirilməsi üçün güzəştli kredit verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 fevral tarixində Azertac-a istinadən verir.
Belə ki, "Lenk-Fruit" MMC sitrus meyvələrinin yetişdirilməsi üçün bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat güzəştli kredit əldə edib.
Layihənin maliyyələşdirilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilib.