Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Abidə Kompleksi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
Ziyarət edənlər arasında Lənkəran şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional İdman İdarəsinin, Lənkəran Dövlət Universitetinin, Lənkəran rayon Polis Şöbəsinin və digər qurumların rəhbərləri və əməkdaşları, habelə vətəndaşlar olublar.
Ziyarətçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarını ehtiramla anıblar, məzarları üzərinə tər qərənfillər düzüblər.