Lənkəran şəhərində şəhid Mirxəyal Kərimzadənin anadan olmasının 25 illiyi qeyd edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 yanvar tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib. Burada şəhər ictimaiyyəti, ziyalılar, şəhidin döyüşçü yoldaşları və müəllimləri iştirak ediblər. Onlar şəhidlə bağlı xatirələrini bölüşüblər.
Mərasim A.Məhərrəmov adına Lənkəran şəhər 7 saylı tam orta məktəbinin və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Xatırladaq ki, M.Kərimzadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.