Lənkəran RQİİ-nin rəhbər şəxsləri Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 yanvar tarixində verir.
Belə ki, Göyşaban kəndindən olan şəhid əsgər Məmmədli Elməddin Ələddin oğlu və Velədi kəndindən olan şəhid Məmmədli Elməddin Anar oğlunun ailələri ziyarət olunub. Ziyarət zamanı qaz təchizatı ilə bağlı qayğılarla maraqlanılıb. Həmçinin şəhidlərin əziz xatirəsi yad edilib.
Qeyd edək ki, SOCAR-in “Azəriqaz” İB tərəfindən şəhid ailələri və qazilərin qaz təchizatı ilə bağlı qayğıları daima diqqət mərkəzində saxlanılır.