Lənkəran şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində "Bir ovuc təbəssüm, bir dünya işıq" adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
1 İyun– Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir Lənkəran Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə reallaşıb. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra kitabxana əməkdaşları tərəfindən uşaqlara bayram sovqatları paylanılıb. Tədbirin bədii hissəsi incəsənət ustaları ilə yanaşı, məktəbin istedadlı uşaqlarının ifaları və rəqsləri ilə davam edib.