Lənkəran rayonu, Sinovli kəndi ərazisində atlar oğurlanıb. Bu haqda bu gün, 17 iyul tarixində Cenublu.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, iyulun 9-da Moloja kənd sakinləri olan 2 nəfərin 4 rəst atı oğurlanıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Viravul kənd sakini Y.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.