Lənkəranda “Rəqs müsabiqəsi” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 may tarixində verir.
Tədbir “Dosa Mall” Ticarət Mərkəzində baş tutub. Müsabiqə Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi, “Dosa Mall”, Lənkəran Şəhər İcra Hakimiyyəti, "Samelay" rəqs məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Müsabiqədə qalib gələnlər pul mükafatı və sertifikatlar qazanıblar.