Lənkəranda yağan güclü qar nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
Belə ki, şəhər ərazisində bəzi küçə və prospektlərdə irigövdəli ağaclar aşaraq yollarda hərəkətə maneə törədib, binaların dam örtüklərində dəmir parçaları qopub asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaradıb.
Yaranmış fəsadların aradan qaldırılması məqsədilə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
[URIS id=52208]