Lənkəran şəhərinin Boladı kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.