Lənkəran şəhərindəki kollektorda qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilib. Yoxlama zamanı qanunsuz balıq ovu ilə məşğul olan Lənkəran rayonunun Şilavar kənd sakini İmran Rəhimov və Lənkəran şəhər sakini Elşən Zamanov müəyyən edilərək tutulublar.
Həmin şəxslər barəsində “İnzibati xəta haqqında protokol” tərtib olunub.