Lənkəranda "Məktəblərdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması" mövzusunda pedaqoji şuralar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir.
Tədbir Lənkəran rayonu üzrə təhsil ocaqlarında baş tutub. İştirakçılarla risk qrupuna daxil olma ehtimalı olan şagirdlərin müəyyən edilməsi, bu şagirdlərlə məktəb psixoloqunun işinin gücləndirilməsi, ümumilikdə məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılması barədə müzakirələr aparılıb.