Lənkəranda “Yanğın həyəcanı siqnalı verilərkən işçilərin davranış qaydaları” adlı seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.
Tədbir Lənkəran Regional Perinatal Mərkəzdə baş tutub. Burada tibb işçilərinə yanğınsöndürənlərdən istifadə qaydaları və fövqəladə hallar zamanı işçilərin ümumi davranış qaydaları haqqında məlumat verilib.
Həmçinin təlim zamanı işçilərin mənəvi-psixoloji cəhətdən fövqəladə hallara qarşı hazırlığının aparılması, yanğın zamanı tibbi heyətin toplanış yerlərinə çıxmaları, xəstələrin əyani olaraq palatalardan çıxarılıb qəza çıxışları vasitəsilə təxliyə olunmaları nümayiş olunub.