“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Access Bank”ın Lənkəran region filialından işlənmiş batareyalar toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 125 kq batareya toplanıb.
Məlumat üçün bildirək ki, batareyaların tərkibindəki ağır metallar və digər zəhərli komponentlər ətraf mühitə və insan sağlamlığına potensial təhlükə yaradır.