Lənkəran şəhərində ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 yanvar tarixində verir.
Belə ki, 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 kv.m sahədə və dam örtüyü 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.