Lənkəran şəhərində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
Hadisə Daştatük kəndində qeydə alınıb. Ümumi sahəsi 290 kv.m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 145 kv.m sahədən alışıb. Əraziyə FHN-in bölmələri cəlb olunub, yanğın söndürülüb.
Evin qalan hissəsi alovdan mühafizə edilib.