Lənkəranda iki kitabın təqdimatı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 avqust tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinə istinadən verir.
Belə ki, 3 sentyabr 15:00-da Lənkəran Mərkəzi Kitabxanasında AYB-nin üzvü, şair Əhməd Haqsevərin "Ürəyimdən qopan haray" və AYB-nin üzvü, şair-publisist Arzu Balsəs Heydərovanın "Bumeranqın qayıdışı" kitablarının təqdimatı baş tutacaq.
Təqdimat mərasiminə giriş sərbəstdir.