Lənkəranda Osaküсə kənd ərazi icra nümayəndəsinin qardaşının meyiti aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində APA-ya istinadən verir.
Məlumata görə, Arzu Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə bildirilib. İki gündən sonra meyit yaxınları tərəfindən Osaküсə kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.