Lənkəran şəhərində gənclər arasında "Fibonaççi" intellektual oyunu təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 fevral tarixində verir.
"Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə keçirilən yarış Heydər Əliyev Mərkəzində baş tutub.
Yekunda qalib komandalara diplomlar təqdim olunub.
İntellektual yarışma Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.