Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəranda fəaliyyət göstərən 3 marketi cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Belə ki, Tofiq İsmayılov küçəsində yerləşən "UFA", Z.Əliyeva küçəsində yerləşən "Mars" və "Snickers" marketləri obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi səbəbindən sahiblər barəsində inzibati protokol tərtib olunub.