Lənkəran rayonu ərazisində evkalipt ağaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki torpaq sahələrinin birindən 3000 manat dəyərində evkalipt ağaclarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.