Lənkəranda yerləşən evlərin birində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində Apa.az-a istinadən verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron sakini Ramin Kazımov saxlanılıb. O, qonaq gəldiyi evin sahibinin diqqətinin yayınmasından istifadə edərək oradan 3195 manat pul oğurlayıb.
Fakt araşdırılır.