Lənkəranda “Erkən nikah və onun fəsadları” adlı tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.
Görüş Liman şəhər 1 nömrəli tam orta məktəbində təşkil olunub. Burada erkən yaşda, eləcə də qohumlar arasında bağlanmış nikahların fəsadları barədə məlumat verilib.
Tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Yekunda mövzu haqqında suallar cavablandırılıb.