Lənkəranda “Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktiki konfrans təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində verir.
Tədbirə Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Dövlət Universitetinin professor və müəllim heyəti və regionun digər ali və orta ixtisas məktəblərindən dəvət olunmuş qonaqlar cəlb olunublar.
Görüş Lənkəran Dövlət Universiteti və Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.