Lənkəran şəhərində yanğın qeydə alınıb.
Cenublu.az xəbər verir ki, hadisə Şağlaser kəndində baş verib. Ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin döşəməsi, zirzəmisinin tavanı 30 m² sahədə və məişət əşyaları yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov söndürülüb.