Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Tədbirdə xəstəxananın tibbi heyəti, direktor müavinləri və tabeli tibb müəssisələrinin kollektivi iştirak ediblər. Çıxış edən iştirakçılar səhiyyə sistemində yaradılan şəraitdən, kadr islahatlarından, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardan, innovativ yeniliklərdən söz açıblar. Toplantının sonunda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə Təşəkkürnamə və fəxri fərmanlar təqdim edilib.