Lənkəran şəhərində bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 16 yanvar axşam saatlarında polisə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəhər sakini Ramil Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.