Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində verir.
Məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.