Lənkəranda azyaşlı yanıq xəsarətləri alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində Bizim.Media.az-a istinadən verir.
Valideyn nəzarətindən kənar qalan 4 yaşlı Elmirin üzərinə qaynar su tökülüb. Dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan uşağa ilkin tibbi yardım göstərilib. Həkimlər ona yanıq şoku, gövdənin ikinci dərəcəli yanığı, bud, çanaq, oynaq nahiyəsi və baldırın yanığı diaqnozu qoyublar.
Hazırda uşağın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.