Lənkəran rayonun Gərmətük qəsəbəsində rabitəçini elektrik cərəyanı vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində Report.az-a istinadən verir.
"Aztelekom"un əməkdaşı, rayonun Mamusta kənd sakini, 32 yaşlı Cəmil Həsənov internet xətti çəkərkən ehtiyatsızlığa yol verib və yüksəkgərginlikli elektrik xətlərinə toxunub. Nəticədə yüksəkgərginlikli elektrik cərəyanı onu vurub.
O, xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.