Lənkəranda yol qəzası zamanı 2 nəfər xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində Report.az-a istinadən verir.
Hadisə Göyşaban kəndində qeydə alınıb. Viravul kənd sakini, 63 yaşlı Əlövsət Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çarpılıb. Nəticədə sürücü və onun həmkəndlisi olan sərnişin, 77 yaşlı Şakir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.