Lənkəran rayonun Göyşaban kəndində ər və arvad dəm qazından boğulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində Report-a istinadən xəbər verir.
Belə ki, Murad Cəfərovun və Bənövşə Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən tapılıb. Ehtimal olunur ki, dəm qazından zəhərlənmə onların həyatlarına son qoyub.
Fakt üzrə araşdırma aparılır.