Lənkəranda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş açıq tarix dərsi keçirilib. Bu haqda bu gün, 3 iyun tarixində Cenublu.az Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
"Heydər Əliyev Milli Qurtuluşumuzun banisi" mövzusunda açıq tarix dərsi şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində mərkəzin əməkdaşları tərəfindən təşkil olunub.
İştirakçılar mərkəzin ekspozisiya zalında yerləşən ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, Prezident İlham Əliyevin Lənkəran səfərlərini əks etdirən fotoşəkilləri izləyiblər. Daha sonra onlara Vətən müharibəsində Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi haqqında məlumat verilib.