Lənkəranda “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.
Layihə çərçivəsində 600-ə yaxın şagird Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” tamaşasını izləyib.
Məqsəd uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə maraqlarını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Proyekt Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.