Lənkəran rayonunda azyaşlı qız qızılcadan vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 fevral tarixində Report.az-a istinadən verir.
Belə ki, rayonun Veravul kənd sakini, 6 yaşlı X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.