Lənkəranda balıq tutan kişi vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Girdəni kəndində baş verib. 56 yaşlı kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq ovlayarkən əlindəki qırmaq yüksəkgərginlikli elektrik xəttinə toxunub. Bu zaman onu cərəyan vurub və o, hadisə yerində ölüb.
Kənd sakinlərinin sözlərinə görə, əkin sahələrinin suvarılması üçün istifadə olunan su kanalında həvəskar balıqçılar ov edirlər. Kanalın yaxınlığından isə yüksəkgərginlikli elektrik xətti keçir.
Faktla bağlı araşdırma aparılır.