Lənkəranda “III Gənc Sahibkarlar Forumu” və “VI Gənc Liderlər Forumu” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.
“Gənclər Paytaxtı”nın tədbirlər planına uyğun olaraq, forumlar çərçivəsində 6 ölkədən olan 50-yə yaxın gəncin iştirakı ilə təcrübə proqramı təşkil edilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.
Panel müzakirələrində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan sahibkarlar, müxtəlif qurumlar və gənclər təşkilatlarının rəhbər şəxsləri çıxış ediblər.