Lənkəranda tövlə və onun damına yığılan ot bağlaması yanıb. Bu haqda bu gün, 23 avqust tarixində Cenublu.az FHN-yə istinadən xəbər verir.
Hadisə rayonun Boladi kəndində baş verib. Ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılan 7 ton ot bağlaması yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.