Lənkəran rayonu ərazisində sabah saat 10:00-dan etibarən bir neçə kənddə qazın verilməsi dayandırılacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Lənkəran rayonu Aşağı Nüvədi kəndində əsas daşıyıcı qaz xəttinin üzərində mövcud siyirtmənin yenisi ilə əvəz olunması və diametri 76mm-lik yeraltı qaz xəttində qaz sızmanın aradan qaldırılması ilə əlaqədar Moğonojba, Türkəkəran, Seyidəkəran, Kənarmeşə, Şilim və Aşağı Nüvədi kəndləri olmaqla, ümumilikdə 3800 abonentin qaz təchizatı dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa ediləcək. İdarə tərəfindən abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.