Lənkəranda dəm qazından zəhərlənmə halları qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 fevral tarixində APA-ya istinadən verir.
Belə ki, 60 yaşlı Naibə İbrahimova və onun qızı, 21 yaşlı Fatimə İbrahimova dəm qazından zəhərləniblər.
Həmçinin Şirinsu qəsəbəsinin sakini, 37 yaşlı Gülarə Fətullayeva da dəm qazından zəhərlənib.
Hər üç şəxs mərkəzi xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Araşdırma aparılır.