Lənkəranda 104 yaşlı sakin seçkilərdə iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 fevral tarixində APA-ya istinadən verir.
Xarxatan kənd sakini, 104 yaşlı Qızvəs Mehtiyeva 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Qızvəs Mehtiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kötücəsi var.