Lənkəran rayonunun Şiləvar kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxin tavanı 6 kv.m sahədə və 1 ədəd aspirator, 2-ci mərtəbəsində döşəmə 2 kv.m sahədə və qismən 1 ədəd yataq dəsti yanıb.
Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.