Lənkəranda Azəriqaz İB-nin əməkdaşları vətəndaşlarla görüş keçiriblər. Bu haqda bu gün, 20 avqust tarixində Cenublu.az birliyə istinadən xəbər verir.
“Açıq mikrofon” aksiyasında 16 sakin iştirak edib. İştirakçılar onları maraqlandıran sualları səsləndiriblər. Görüş zamanı qazi Emil Bəqiyev yaşadığı Daşdatürk kəndi ərazisində onun üçün ayrılmış yaşayış sahəsinin qazlaşdırılmasını xahiş edib.
Lənkəran RQİİ-nin rəhbərliyi tərəfindən cavablandırılan, icrası qısa müddətdə mümkün olan müraciətlərin həllinə dair yerindəcə tapşırıqlar verilib.