top
Lənkəran və Masallı şəhərlərində maarifləndirici tədbir keçirilib
12 iyul 2023, 09:04
- ↺ +

Lənkəran və Masallı şəhərlərində maarifləndirici tədbir keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (İDP) ilə bağlı maarifləndirici tədbir Lənkəran və Masallı şəhərlərində keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyul tarixində verir.

Belə ki, Lənkəran şəhər 4 saylı və Masallı şəhər 1 saylı məktəblərində I ixtisas qrupuna hazırlaşan 11-ci sinif şagirdləri ilə görüşlər təşkil olunub. Hər iki şəhərdə keçirilən tədbirdə çıxış edən BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov universitetin yaranma tarixi, burada tədris olunan ixtisaslar barədə məlumat verib.

BMU-İNHA İDP-nin proqram direktoru Humay Cəfərli çıxışında proqrama 2023/2024-cü tədris ili üçün sənəd qəbulunun 5 iyundan etibarən elan olunduğunu bildirib. BMU-İNHA İDP-nin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı proqramın qəbul qaydaları, ixtisaslar, həmçinin ixtisaslar üzrə qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru barədə təqdimatla çıxış edib.

Bildirilib ki, hazırda BMU-İNHA İDP-yə onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək. O da qeyd olunub ki, ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları ixtisası üzrə 35, İnşaat mühəndisliyi ixtisası üzrə 25, Elektrik mühəndisliyi ixtisası üzrə 28 və Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur.

Sonra tədbirdə BMU-İNHA İDP ilə bağlı videoçarx nümayiş etdirilib.

Şagirdlərin suallarının cavablandırılması ilə davam edən görüşün sonunda iştirakçılara proqramla əlaqədar məlumat kitabçaları paylanılıb.

Qeyd edək ki, proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

Son xəbərlər

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Oxşar xəbərlər